Almaniyanın Justis Leibig Universiteti və Naturalis Biomüxtəliflik Mərkəzi BDU ilə əməkdaşlıq edəcək

11/10/2022

Almaniyanın Justis Leibig Universitetinin Heyvanların ekologiyası və sistematikası  fakültəsinin dekanı, professor Tomas Vilki və Naturalis Biomüxtəliflik Mərkəzinin professoru Frank Vesselingin Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində qonaq olublar. Onlar fakültənin dekanı, professor Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyevlə gələcək planlar və layihələr barədə müzakirələr aparıblar.
Almaniyalı qonaqların Bakıya səfərinin məqsədi Azərbaycanın unikal biomüxtəlifliyini, iqlim dəyişikliyinin Xəzər dənizinin ekosisteminə təsirini öyrənmək üçün bir sıra universitetlərlə, müvafiq istiqamətli elmi-tədqiqat institutları ilə əməkdaşlıq etmək, birgə layihələr həyata keçirməkdir. Görüşdə BDU ilə Justis Leibig Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi üçün onlayn görüşlərin təşkil olunması qərara alınıb.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026