Altıağacda BDU-nun Elmi Şurasının iclası keçirilib

10/07/2010

İyulun 9-da Bakı Dövlət Universitetinin Altıağac tədris-təcrübə bazasında BDU-nun Elmi Şurasının iclası keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyindən, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edib, dövlət başçısının təhsilin və elmin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Rektor Boloniya prosesindən, bu üsulun tələblərinə uyğun olaraq BDU-da həyata keçirilmiş tədbirlərdən, əldə olunmuş nailiyyətlərdən, universitetin beynəlxalq əlaqələrindən bəhs edib. Tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyev 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının, dövlət imtahanlarının nəticələri, tədris təcrübələri barədə ətraflı məlumat verib. Məlum olub ki, tələbələr yay imtahan sessiyası və dövlət imtahanlarında uğurlu göstəricilər əldə ediblər. Çıxış edən elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Sonra bir sıra çıxışlar olub. Bundan başqa tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub, elm və təhsildə fərqlənən alim və müəllimlər elmi adlara layiq görülüblər. Elmi Şuranın iclasında YAP sədrinin müavini-İcra katibi, BDU-nun kafedra müdiri Əli Əhmədov professor elmi adına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi



Xəbərlər

BDU QS reytinqində 565-ci yerə yüksəldi

BDU QS reytinqində 565-ci yerə yüksəldi
18/06/2026

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/06/2026

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026