AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı qərar qəbul edilib

12/07/2018

İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verdikdən sonra Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirəyə çıxarılıb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, gələn il Azərbaycan xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual inkişafında müstəsna rola malik, şərəfli inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 100 yaşı tamam olacaq. Prezident İlham Əliyevin bu təhsil müəssisəsinin yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzaladığını xatırladan akademik vurğulayıb ki, Rəyasət Heyəti bu sənədə uyğun olaraq, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edib. R.Əliquliyev yubileylə əlaqədar tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib, akademiyanın elmi bölmə və müəssisələrinə müvafiq tapşırıqlar verib.

Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.

İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətinə təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.

AZƏRTAC

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024