“Ana dilimiz milli varlığımızdır” adlı tədbir keçirilib

21/02/2020

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz milli varlığımızdır” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Fakültənin elmi işlər üzrə dekan müavini Mehriban Əlizadə Beynəlxalq Ana Dili Gününün təsis olunma tarixindən, Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.

Dilin xalqın varlığı, milli kimliyi olduğunu deyən Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Azərbaycan dilinin zənginliyindən, ifadə imkanlarının genişliyindən, türk dilləri içərisindəki mövqeyindən danışıb. Azərbaycan ziyalılarının ana dilinin varlığı uğrunda apardıqları milli mücadilədən və Ümummili Lider Heydər Əliyevin bu sahədəki misilsiz tarixi xidmətlərindən bəhs edib. Natiq bildirib ki, ana dilinin saflığını qorumaq, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etmək bu gün dilçi alimlərin, ümumən ziyalıların başlıca vəzifəsidir.

“Dədə Qorqud” Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Adil Babayev çıxış edərək Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd edib.

Tədbirin bədii hissəsində videoçarx nümayiş etdirilib, tələbələrin ifasında ana dilinə həsr olunmuş şeirlər və musiqilər səsləndirilib, “Folklor” dərnəyi üzvlərinin iştirakı ilə C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən bir parça təqdim edilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024