BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş

19/08/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) rəhbəri İsmail Çetinkaya ilə görüşüb.

Qonağı salamlayan rektor Elçin Babayev müasir çağırışlara cavab verən universitet quruculuğunda rəqəmsal resursların əhəmiyyətini vurğulayıb, BDU-da son illər bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib. BDU Elmi Kitabxanasının 50 ildən artıqdır Azərbaycan ali məktəb kitabxanaları üçün metodik mərkəz statusunu daşıdığını vurğulayıb. Ölkənin 15 ali təhsil müəssisəsi BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AzKİK) üzvüdür. O, kitabxana işi sahəsində nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla əlaqələrin qurulmasının BDU-da elm və təhsilin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

ANKOS-un rəhbəri İsmail Çetinkaya hər il ənənəvi olaraq keçirilən ANKOSLink beynəlxalq konfransının Türkiyədə və regionda kitabxana, nəşriyyat işinə dair yeniliklərin izlənildiyi, problemlərin müzakirə edildiyi, həll yollarının təklif olunduğu dinamik platforma olduğunu xatırladıb. BDU-nun Azərbaycanda elmi kitabxanaların əsas mərkəzi kimi konfransın işində mühüm önəmə malik olduğunu bildirib.

Görüşdə BDU Elmi Kitabxanası və AzKİK ilə ANKOS arasında əlaqələrin daha da dərinləşdirilməsinə dair müzakirələr aparılıb.

 

Xəbərlər

BDU QS reytinqində 565-ci yerə yüksəldi

BDU QS reytinqində 565-ci yerə yüksəldi
18/06/2026

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/06/2026

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026