ANLAŞMA MEMORANDUMU İMZALANDI

18/01/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən bəhs edib. Rektor Bakı Dövlət və Ankara Universitetləri arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və s. haqqında da danışıb. Məlum olub ki, adıçəkilən universitetin prorektoru Arqun Karacabəy, Hüquq fakültəsinin dekanı Mustafa Ağqaya bir müddət öncə BDU-da olmuş və hüquq fakültəsinin diplomlarının qardaş ölkədə tanınması istiqamətində müzakirələr aparmışlar.

Professor, doktor Cemal Taluğ hər zaman BDU rektoru tərəfindən sıcaq münasibət gördüyünü deyib. Bildirib ki, Ankara Universiteti hüquq, türk dili və ədəbiyyatı ixtisasları üzrə ikili diplomların verilməsinə tərəfdardır.

Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını da müzakirə ediblər. Akademik Abel Məhərrəmov, Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin  inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini qeyd edib. Bu baxımdan rektor Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını təklif edib.

Daha sonra Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədi ilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Əməkdaşlıq müqaviləsində tədqiqatçı, doktorant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı, tamamlanmış bakalavr dərəcəsi, ikili diplom proqramları öz əksini tapıb.

İmzalanma mərasimdən sonra rektorlar bildiriblər ki, müqavilədən yararlanan tələbələr həm BDU, həm də Ankara Universitetinin məzunu olacaqlar ki, bu da onlara hər iki qardaş dövlətlə işləmək şansı yaradacaq.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024