“Anthology” şirkətinin nümayəndə heyəti BDU-da olub

19/11/2025

Bakı Dövlət Universitetində (BDU) beynəlxalq əməkdaşlıq çərçivəsində “Anthology” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlar BDU-nun rektoru Elçin Babayev ilə təhsil texnologiyaları və akademik inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı tərəflər Universitetdə təhsil texnologiyalarının tətbiqi, tələbə və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də beynəlxalq təcrübənin paylaşılması imkanları barədə müzakirə aparıblar. Qonaqlar BDU-nun təhsil və tədqiqat infrastrukturunu yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq perspektivlərini vurğulayıblar.

BDU rəhbərliyi qonaqlara Universitetin müasir təhsil strategiyaları, innovativ layihələri və beynəlxalq əlaqələri barədə geniş məlumat təqdim edib.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026