APRELİN 10-da ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Aprelin 10-da BDU-nun Elmi Şurasının növbəti iclası keçirilmişdir. AMEAnın Rəyasət Heyəti üzvləri, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov, açaraq Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialının gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirmişdir. Alim elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləmişdir. İclasda 2008-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında isə Elmi işlər üzrə prorektor prof.İ.Ə.Əliyevin hesabatı dinlənilmişdir.
Məlum olmuşdur ki, hesabat ilində BDU-nun 16 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat labora to ri yasında təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 230 mövzü üzrə 1160 elmi iş yerinə yetirilmişdir. O cümlədən 2008-ci ildə Tətbiqi-riyaziyyat və Fizika problemləri elmi-tədqiqat institutları, 4 elmi-təd qiqat mərkəzi və 19 elmi-tədqiqat laboratoriyalarında təbiət elmləri üzrə 21 mövzu, 117 elmi-tədqiqat işi, humanitar elmlər üzrə 10 mövzu, 34 elmi-tədqiqat işi olmaqla cəmi 31 mövzu üzrə 151 iş yerinə yetirilmişdir.
Ötən il Universitetin professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 71 monoqrafiya, 48 kitab, 71 dərslik, 133 dərs vəsaiti, 2597 məqalə, o cümlədən 2150 məqalə respublikada, 447 məqalə xaricdə, 1197 tezis, o cümlədən 698 tezis respublikada, 499 tezis xaricdə, 61 metodik göstəriş, 559 proqram nəşr etdirilmişdir.
Xaricdə nəşr olunmuş 447 məqalələrin 350-si təbiət elmləri, 97-si isə humanitar elmlər üzrədir. Məqalələrin 58-si (yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 13%-i), A, B və C-kateqoriyaları jurnallarda çap olunmuşdur: A kateqoriyalı jurnallarda 8 məqalə, B kateqoriyalı jurnallarda 5 məqalə, C-kateqoriyalı jurnallarda 45 məqalə. A və B-kateqoriyalı jurnallarda çap olunmuş məqalələr fizika və riyaziyyat sahəsində, C-kateqoriyalı jurnallarda nəşr olunmuş məqalələr kimya, biologiya, fizika, riyaziyyat və tətbiqi riyaziyyat sahələlərini əhatə edir. Eyni zamanda BDU əməkdaşları tərəfindən 14 ixtiraya müsbət rəy və 12 patent alınmışdır.
Hesabat ilində Universitetin əməkdaşları 28 ölkədə keçirilmiş bir sıra Beynəlxalq Konfrans və Simpoziumlarda iştirak etmişlər.
Professor İ.Əliyevin sözlərindən məlum oldu ki, 2008-ci ildə Bakı Dövlət Universitetində 30 elmi konfrans keçirilmiş, universitetin tələbələri Respublikamızda keçirilən bir neçə olimpiadada uğurla iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşlər. Eyni zamanda Universitetdə fəaliyyət göstərən daimi Şuralarda 9 nəfər doktorluq, 80 namizədlik dissertasiyası müdafiə etmişdir. BDU-da fəaliyyət göstərən Birdəfəlik Dissertasiya şuralarında 6 nəfər doktorluq, 17 namizədlik dissertasiyası müdafiə etmişdir.
Hesabat ilində Universitetin əməkdaşlarından 5 nəfər professor (4 nəfər təbiət fakültələri üzrə, 1 nəfər ETİ əməkdaşı), 24 nəfər dosent elmi adları (13 nəfər təbiət fakültələri, 11 nəfər humanitar fakültələrin əməkdaşı) almışlar.
Hesabatdan o da məlum olmuşdur ki, BDU-nun Elmi kitabxanasına 2008-ci ildə 12100 nüsxə çap məhsulu daxil olmuşdur ki, bunlardan 3784 nüsxə elmi ədəbiyyat, 6973 nüsxə isə tədris ədəbiyyatıdır.
Bakı Dövlət Universitetin nəşriyyatında isə monoqrafiyalar, dərslik, dərs vəsaiti və metodik göstərişlər, proqramlar, konfrans materialları, "Bakı Universiteti" çap olunmuşdur.
Ötən ilin ən böyük uğuru kimi yeni tədris binasının istifadəyə verilməsi qeyd edilmişdir. Binanın açılış mərasimində Prezidenti İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, Təhsil Naziri Misir Mərdanovun və diğər rəsmi şəxslərin iştirakı qeyd edilmişdir.
Professor İ.Əliyev BDU-nun İnformasiya Texnologiyaları Mərkəzi haqda da məlumat vermişdir. Məlum olmuşdur ki, Mərkəz 20 elmi-tədris sinfini özündə birləşdirən müasir kompyuter avadanlıqları və proqram vasitələri ilə təchiz edilmişdir. Bildirilmişdir ki, BDU-da 2005-2007-ci illərdə Avropa Birliyi, BDU, AzRENA, IMC (Almaniya) tərəfindən yaradılmış Elektron Tədris Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda tətbiqi riyaziyyat və kibernetika fakültəsində Koreya Höküməti tərəfindən 70 müasir kompüterlə təmin olunmuş Azərbaycan-Koreya İnformasiya Mərkəzinin açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respulikasının Prezidenti İlham Əliyevin 17 aprel 2006-cı il tarixli sərəncamı ilə qəbul edilmiş, "Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" uyğun olaraq Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü və səyi, həmçinin AR Təhsil Nazirliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində "Gənc istedadlar" liseyi fəaliyyət göstərir.
Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 26 beynəlxalq elmi layihələr həyata keçirilmişdir.
2008-ci ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazası daha da möhkəmləndirilərək iki ədəd cihaz alınmışdır:
1. Spektroflüorimetr "Cary Eclipse" (Həyəcanlandırıcı mənbənin dalğa diapazonu: 200-900 nm, şüalanmanan dalğa uzunluğu: 200-900 nm). Cihaz bioloji, kimyəvi və fiziki obyektlərdə analizi aparmağa imkan verir. ABŞ "Varian" firmasının istehsalı, qiyməti 42 000 ABŞ $.
2. Sulu məhlullarda metalların təyini üçün ABŞ "Perkin Elmer" firmasının istehsalı olan Optik spektrometr (Optical Emission Spektrometr, Optima 2100 DV), qiyməti 150 000 ABŞ $.
Qeyd edək ki, iclasda çıxış edən akademiklər Bəkir Nəbiyev, Vasim Məmmədəliyev, AMEA-ınn müxbir üzvü Tofiq Hacıyev və filologiya elmləri doktoru Abuzər Xələfov BDU-nun 2008-ci ildəki illik fəaliyyətini yüksək qiymətləndirərək AMEA ilə universitet arasında elmi alaqələrin genişləndirilməsini təhsil sahəsində mühüm addım kimi dəyərləndirdilər.