“Aşıq Şəmşir” Mədəniyyət Ocağı BDU-nun tələbələrini mükafatlandırıb

20/12/2012

Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi görkəmli mütəfəkkir, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirib.

Öncə Hüseyn Cavid haqqında Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistrantı Ayşən Sadıqlının hazırladığı video-çarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı iştirakçılara “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlunun salamlarını çatdırıb. Tədbir barədə məlumat verən Ə.Cabbarlı bildirib ki, görkəmli mütəfəkkir, dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyi BDU-nun tələbələri arasında “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatı” mövzusunda məqalə müsabiqəsi elan edib və müsabiqənin qalibləri aşağıdakı kimi müəyyənləşdirilib:

I yer – Zibeydə Həşimova (Filologiya fakültəsi)

II yer – Səmra Əsgərzadə (Jurnalistika fakültəsi)

III yer – Könül Abdullayeva (Kitabxanaçılıq-informasiya fakültəsi)

 

Həvəsləndirici yerlər:

Günay Eyyubzadə (Kitabxanaçılıq-informasiya fakültəsi)

Ceyhun İsmayılzadə (Filologiya fakültəsi)

Fəridə Abdıyeva (Jurnalistika fakültəsi)

Aysel Həsənova(Kitabxanaçılıq-informasiya fakültəsi)

 

Qaliblərə İctimai Birlik adından pul mükafatı, diplom, kitablar və digər hədiyyələr təqdim olunub.

Daha sonra çıxış edənlər - BDU-nun prorektoru, tarix elmləri doktoru, professor Sani Hacıyev, professor Bayram Allahverdiyev, dosent Azad Qurbanov, dosent Knyaz Aslan və başqaları tədbirin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda çıxış edən “Aşıq Şəmşir”  Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov iştirakçılara İctimai Birliyin rəhbərliyi adından təşəkkürünü bildirib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026