“Aralıq dənizi Qafqaz-Zaqros seqmentinin geoloji inkşafının Mezozoy mərhələsi” mövzusunda elmi seminar keçirilib

04/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Aralıq dənizi Qafqaz-Zaqros seqmentinin geoloji inkşafının Mezozoy mərhələsi” mövzusunda onlayn elmi seminar keçirilib. Elmi seminarda fakültənin professor-müəllim heyəti, tələbə, magistrant və doktorantlar iştirak edib.

Fakültənin dekanı Məhluqə Məmmədova elmi seminarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın işinə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akadeniyasının Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin müdiri, professor Musa Məmmədov “Aralıq dənizi Qafqaz-Zaqros seqmentinin geoloji inkşafının Mezozoy mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mərkəzi seqmentin Paleozoy bünövrəsinin pneplenləşmiş qalxmadan ibarət olması və onun Pangeya materikinin tərkibinə daxil olması əsaslandırılıb. Paleozoy erasında - ordovik-silur dövrlərində onun Paleotetis qollarının Böyük Qafqaz və Kür dağarası çökəklikləri ilə təmsil olunduğu, geoloji inkişafın devon mərhələsində həmin qolların dayazlaşaraq perm dövrünün sonunda bağlanması qeyd olunub. Pont əsrindən başlayaraq Göyçə-Həkəri və Vedi-Zəngəzur-Allahyarlı qolları əmələ gəlir, Göyçə-Həkərinin şimalında isə Qafqaz mikrokontinenti yerləşir. Mezotetis okeanının subduksiya mərhələsi isə dəmir-mis kolçedanı, mis-polimetal, barit-polimetal və qızıl daşıyan komplekslərin əmələ gəlməsi ilə tamamlanır.

Seminarda iştirak edən professorlar Nazim İmamverdiyev, Bahadır Qələndərov, dosentlər Əvəz Məmmədov, Nurəddin Abbasov və b. çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər. Elmi seminar alimlərin mövzu ətrafında fikir mübadiləsi ilə başa çatıb.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026