"ASAN xidmət"in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri BDU-nun Jurnalistika fakültəsinin qonağı olub

07/05/2024

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrlə görüşüb.  
Əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonağı tələbələrə təqdim edib, Elnur Niftəliyevin fakültənin ən uğurlu məzunlarından olduğunu, televiziya və PR sahəsində peşəkar fəaliyyət göstərdiyini deyib.
Elnur Niftəliyev fəaliyyət göstərdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsi haqqında məlumat verib, PR  sahəsində çalışmaq istəyən tələbə-jurnalistlərə tövsiyələrini verib.  O, böhran vəziyyətlərində düzgün idarəçilik qaydalarını, KİV-də sosial media və PR fəaliyyətinin spesifik xüsusiyyətlərini tələbələrin diqqətinə çatdırıb.
İnteraktiv və səmimi görüşün sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026