ATİB minnətdarlıq edir

06/10/2010

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusu tərəfindən azad edilməsinin ildönümünə həsr olunmuş tədbirləri çərçivəsində görüşlərindən biri də 16 sentyabr 2010-cu il tarixində Bakı Dövlət Universitetinin tarix fakültəsində keçirilib. «Erməni probleminin iç üzü» mövzusunda baş tutan görüşdə Türkiyənin Maltepe Universitetinin və Hərb Akademiyaları Strateji Araşdırmalar İnstitutunun müəllimi dr. Orhan Çekiç tələbələr üçün maraqlı mühazirə oxuyub, onları maraqlandıran suallara cavab verib, görüşün təşkilindən, tələbələrin mövzu ilə bağlı məlumatlarından məmnun qalıb.

Bununla bağlı Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Fatimə Aslan tarix fakültəsinin dekanı, professor Sani Hacıyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda fakültənin bütün əməkdaşlarına görüşün yüksək səviyyədə təşkilinə və verdikləri dəstəyə, eyni zamanda Sani Hacıyevin ATİB və ATİB-in qurucusu olduğu Azərbaycan Türkiyə Tarix Araşdırmaları Fondunun fəaliyyətlərində iştirakına görə minnətdarlıq və təşəkkür edib.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar
04/03/2026

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə
03/03/2026

Türkiyənin Ege Universitetinin professoru BDU-da ustad dərsi keçib

Türkiyənin Ege Universitetinin professoru BDU-da ustad dərsi keçib
03/03/2026