Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib

05/03/2025

Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova belə seminarların tələbələrin praktiki biliklərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. O bildirib ki, audiovizual media və onun tənzimləməsi məsələləri gənc jurnalistlər üçün həmişə aktual və öyrənilməsi vacib məsələdir.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyəti barədə geniş məlumat verib, media sahəsində baş verən yeniliklər, ənənəvi və yeni media, vətəndaş jurnalistikası haqqında danışıb.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycanda audiovizual media və onun tənzimlənməsi” mövzusunda təqdimatla çıxış edərək, tələbələrə audiovizual media subyektləri və onların fəaliyyəti, mediada yayımlanan informasiyaya qoyulan tələblərdən söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026