Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib

23/05/2025

Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev belə görüşlərin silsilə xarakter daşımasının gənc jurnalistlərin nəzəri biliklərinin praktik cəhətdən möhkəmlənməsinə dəstək olduğunu deyib.

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən ənənəvi “İnsan Hüquqları Aylığı” və “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bugünkü təlimin audiovizual mediada aktual mövzulardan olan insan hüquqlarının qorunmasına həsr olunduğunu qeyd edib. O, tənzimləyici və nəzarətedici funksiyaya malik mərkəzi icra orqanı olan Audiovizual Şuranın bu sahədə həyata keçirdiyi işlərlə bağlı məlumat verib, insan hüquqlarının qorunmasında maarifləndirici verilişlərin xüsusi rola malik olduğunu vurğulayıb.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Mediada insan hüquqlarının qorunma prinsipləri” mövzusunda təqdimatla çıxış edərək, “Media haqqında” qanunda bu məsələdən irəli gələn müddəalara toxunub.

Təlimdə son vaxtlar audiovizual yayımçıların yol verdikləri nöqsanlar, Şuranın bununla bağlı həyata keçirdiyi cavab tədbirləri barəsində fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır
02/07/2026

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
02/07/2026