Audiovizual Şura BDU-da “Media subyektləri” adlı seminar keçirib

18/04/2024

Bakı Dövlət Universiteti (BDU), Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Şura əməkdaşları tərəfindən BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə növbəti seminar keçirilib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əvvəl keçirilən görüşlərin tələbələr tərəfindən maraqla qarşılandığını və media sahəsində daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb. O, audiovizual media, media subyektləri və onlara verilən tələblər kimi məsələlərin da tələbələr üçün vacib mövzu olmasını diqqətə çatdırıb.

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov medianın tədrisində nəzəri biliklər ilə təcrübənin vəhdətinin zəruriliyini, bu istiqamətdə belə seminarların vacibliyini qeyd edib.

Sonra Audiovizual Şuranın əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Media subyektləri” mövzusunda geniş təqdimatla çıxış ediblər.

Görüş zamanı media subyektlərinə dair əsas tələblər, yayım hüququ, tematik yayım ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026