Avropa Şurasında görüş

18/03/2014

Avropa Şurasının Siyasi Məsələlər üzrə şöbəsi 4-5 mart 2014-cü ildə Strasburqda “Müəllimlərin çoxmədəniyyətli mühitdə fəaliyyətlərinə hazırlıq”  mövzusunda  seminar təşkil edib. Seminara Cənubi Qafqaz regionundan təhsil sahəsində  işləyən və vətəndaş cəmiyyətində fəal olan insanlar dəvət edilib. Bakı Dövlət Universitetinin fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının prof. Sacidə Əbdülvahabova və dos. Niyal Barxalova  bu görüşdə Azərbaycandan ekspert qismində iştirak ediblər.

Avropa Şurasının nümayəndələri və ekspertləri çoxmədəniyyətli cəmiyyətdə müasir təhsil sisteminin müxtəlif iştirakçıları arasında əməkdaşlığın yaranmasının vacibliyini vurğulayıblar.  Gənclərin müasir dövrdə çoxmədəniyyətli mühitdə  ünsiyyətdə olma qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində aparılası işlər geniş müzakirə edilib.

Azərbaycandan olan nümayəndələr çoxmillətli Azərbaycanda  gənclərin tarixən tolerant ruhda tərbiyə edilməsi haqda dəlillərlə çıxış ediblər.

Avropa Şurasının nümayəndələri 21-ci əsrdə çoxmədəniyyətli dünyada təhsilin imkanları və məqsədləri sahəsində Avropa Şurasının baxışları ilə tanışlıq mövzusunda yaxın gələcəkdə növbəti görüşün keçirilməsinin planda olduğunu bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 18 mart 2014-cü il.

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub
18/09/2026