Avropalı ekspert BDU-nun eksperimental dil mərkəzində olub

20/10/2016

“Peşəkar Məqsədlər üçün Xarici Dillərin Tədrisi” (Foreign Languages Education for Professional Purposes) layihəsi çərçivəsində Şotlandiyanın Qlazqo Universitetinin əməkdaşı Julie Mcadam ekspert qismində Bakı Dövlət Universitetində olub. Universitetin düzgün strategiyasını formalaşdırmaq, o cümlədən dil kafedralarının effektivliyini və müəllim heyətinin peşəkarlığını artırmaq məqsədi ilə yaradılan eksperimental dil mərkəzi ilə tanışlıq məqsədi daşıyan görüşdə məlum olub ki, yeni qurumda müəllimlər üçün mütəmadi olaraq təlimlər təşkil olunacaq, tələbələr isə həm ixtisaslar üzrə dil kurslarında, həm də beynəlxalq dil sertifikatlarını əldə etmək üçün kurslarda iştirak edə biləcəklər.

Eksperimental dil mərkəzi ilə tanışlıqdan sonra avropalı ekspert Julie Mcadam Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Humanitar fakültələr üzrə ingilis dili kafedrasının müdiri Bəylər Hacıyev, Təbiət fakültələri üzrə ingilis dili kafedrasının müdiri Abbas Abbasov, Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva ilə görüşüb. Görüşdə BDU-nun təhsil sahəsində və xüsusi olaraq dil sahəsində apardığı islahatlar, əldə edilmiş uğurlar müzakirə edilib. Bir sıra maraqlı təkliflərlə çıxış edən qonaq əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib.

Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra qonaq universitet ilə tanış olub və Humanitar fakültələr üzrə ingilis dili kafedrasının baş müəllimi Zəhra Əhmədova və Təbiət fakültələri üzrə ingilis dili kafedrasının SABAH qruplarında müəllimi İlkanə Əmirovanın dərsini dinləyib. Qeyd edək ki, hər iki dil müəllimi bu layihə çərçivəsində Böyük Britaniya, Estoniyada və Avropadan olan ekspertlərin iştirakı ilə birgə həyata keçirilən bir neçə yerli təlimlərdə iştirak edərək öz təcrübələrini daha da genişləndiriblər.

Mətbuat və informasiya şöbəsi, 20 oktyabr 2016-cı il.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024