Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

19/09/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının gənc tədqiqatçıları onlayn beynəlxalq konfransda iştirak ediblər. Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə onlayn “Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi” mövzusunda Beynəlxalq konfrans (ICPL-2020) keçirilib. Konfransda Azərbaycan, Rusiya, Braziliya, Rumıniya, Bolqarıstan, Ukrayna, İran, Pakistan, Birləşmiş Ştatlar, İraq, Nigeriya, Oman, Gürcüstan, Yaponiya, Finlandiya, Səudiyyə Ərəbistanı və s. ölkələrin nüfuzlu universitetlərinin əməkdaşları məruzələrlə çıxış ediblər.

Konfransda BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Vəliyeva “Müvəqqəti yaşayış adlarının etnolinqvistik təhlili (XX əsr 50-60-cı illər Azərbaycan bədii üslubu əsasında)” və kafedranın doktorantı Nərmin Abdulhuseynli “Keyfiyyət bildirən sifətlərin adverbiallaşması” mövzusunda məruzə ediblər. Hər iki çıxış konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026