“Azərbaycan Dəmir Yolları” QSC BDU tələbələri üçün infosessiya keçirib

04/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə BDU tələbələri üçün infosessiya keçirib.

Tədbir gənc nəslin ekoloji şüurunun artırılması və “yaşıl nəqliyyat” sahəsində maarifləndirilməsi məqsədilə təşkil edilib.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı son illər ölkəmizdə müxtəlif təşkilatlar tərəfindən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən innovativ layihələrdən danışaraq, bu istiqamətdə ADY-nin xüsusi payının olduğunu bildirib. O, Ekologiya və torpaqşünaslıq fakültəsi ilə ADY-nin əməkdaşlığının uğurla davam etdiyini, mütəmadi infoekskursiya və infosessiyalar təşkil olunduğunu vurğulayıb.

ADY-nin Ətraf mühitin mühafizəsi şöbəsinin müdiri  Humay Abdullayeva nəqliyyatın ətraf mühitə təsiri və dəmir yollarının ekoloji üstünlükləri, nəqliyyat sektorunun istixana qazı emissiyalarındakı rolu, Azərbaycanda dəmir yolunun dekarbonizasiya potensialı, iqlim dəyişikliyinə qarşı emissiyaların azaldılması, ADY-nin Biləcəri yuyucu-buxarlayıcı sahəsində həyata keçirilən innovativ yeniliklər barədə təqdimat edib. O, alternativ enerji mənbələrindən istifadənin tətbiqi, elektrikləşdirilmiş nəqliyyat infrastrukturunun genişləndirilməsi, dəmir yolu nəqliyyatında kağız tullantıların azaldılması, tullantıların idarə olunması, ISO 14001: 2015 standartının tətbiqinin fayda və üstünlükləri haqqında da iştirakçıları məlumatlandırıb.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib

BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
07/01/2026