Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var

05/10/2020

Hər bir çıxışı yaxın gələcək üçün çağırış olan və ruh yüksəkliyi yaradan Ali Baş Komandanın sözləri şanlı ordumuzun qələbələri ilə öz nəticəsini göstərməkdədir. Müzəffər əsgərlərimizin cəbhə xəttində irəliləyişi öz yurdundan didərgin düşmüş soydaşlarımızın ata-baba yurdlarına qayıdışını hər gün, hər saat daha da yaxınlaşdırır.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutuldu. Düşmənin torpaqlarımızdan yenidən həyasızcasına pay qoparmaq cəhdləri ilə başlayan döyüşlər Azərbaycan xalqının səbrini artıq tükətdi. Azərbaycan ordusu əks-hücum əməliyyatlarına keçərək düşmənə ağır və dəqiq zərbələr endirməyə başladı. Qeyd edək ki, ordumuzun uğurları ilə yanaşı, cəbhəyanı rayon və şəhərlərimizin sakinləri də mərd şəkildə düşmənin hücumlarına sinə gəlirlər.

BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı 4 qətnamə qəbul olunsa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər  yerinə yetirilməmişdir.

Ölkəmiz 30 ildir Ermənistanın Azərbaycana qarşı işğal münasibətinə dözür və beynəlxalq danışıqlar prosesində iştirak edirdi. Lakin bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu öz fəaliyyətinə kölgə salaraq tərəfləri eyni səviyyədə tuturdu. Bundan istifadə edən Ermənistan isə məqsədyönlü şəkildə münaqişənin müddətinin uzatmağa çalışırdı. Təcavüzkar rejimin rəhbərliyi ölkəmizin beynəlxalq arenada tanınmış ərazi bütövlüyünə xərər gətirəcək davranışlar sərgiləyirdi. Düşmən faktiki olaraq danışıqları heçə sayır, Azərbaycan xalqının səbrini sanki sınayırdı. Lakin 27 sentyabr hadisələri xalqımızın bu təcavüzə artıq dözməyəcəyini və düşməni cəbhədə məhv edəcəyinin siqnalını vermişdi. Artıq geriyə dönüş yox idi. Tarix boyu sülh tərəfdarı olan xalqımız vətən uğrunda döyüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axın etməyə başladı. Düşmənin cəbhə boyu aldığı ağır məğlubiyyətlər onlarda psixoloji sarsıntı, ruh düşkünlüyü yaradır və daha çox səhvlər etməsinə gətirib çıxarır. Başıpozuq düşmən döyüş nizamını itirərək mülki obyektəri hədəf alır. 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyasının tələblərini (xüsusilə 3-cü maddə)  heçə sayan Ermənistan qadağan olunmuş silahlardan istifadə edərək Gəncə, Bərdə,Tərtər və Beyləqan şəhərlərimizi və onların mülki əhalisini hədəfə alması onların acizliyinin göstəricisidir. Atəşlərin Ermənistanın Vardenis və Gorus şəhərləri yaxınlığındakı hərbi bazadan həyata keçirilirməsi düşmənin əsl niyyətini ortaya qoyur. Açıq-aşkar görünür ki, Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək, yeni siyasi təxribatlar yaratmaqdır. Düşmən təxribatlarına döyüşdə layiqli cavab verən mübariz ordumuz indiyədək işğal altında olan bir sıra kəndləri, vacib yüksəkliklər və əlverişli əraziləri düşməndən azad etdi. 4 oktyabr 2020-ci il tarixində isə Cəbrayıl şəhəri və daha 9 kənd işğaldan azad olundu. Torpaqlarımızı geri qaytarmaq uğrunda döyüşən məğrur əsgərlərimiz düşmənə hərbi sahədə öz yerini göstərməkdədir.

Allah əsgərlərimizə yar və yardımçı olsun.

Cənab Ali Baş Komandanın vurğuladığı kimi: Qarabağ Azərbaycandır!

 

Hüseyn Hüseynli

Tarix üzrə fəlsəfə doktoru,

Tarix fakültəsinin müəllimi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024