Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Azərbaycan folklorunda dil problemi” mövzusunda elmi seminar keçirilib

26/12/2018

Azərbaycan şifahi xalq ədəbiyyatı  kafedrasının  təşkilatçılığı ilə “Azərbaycan folklorunda dil problemi” adlı magistrantların elmi seminarı keçirilib. Seminarı açan kafedra müdiri, professor Səhər  Orucova Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində gördüyü işlərdən, xüsusilə, 1 noyabr 2018-ci il tarixində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanın məzmun və mahiyyətindən söz açaraq elmi seminarın magistrlar üçün əhəmiyyətini vurğulayıb. Sonra magistrantlar Yeganə Baxşəliyeva -  “İlk toplama folklor mətnlərində dil məsələsi və yazılı ədəbiyyata təsiri”, Aygül Yelmarlı “Lətifələr və onların bədii xüsusiyyətləri”, Arzu Məmmədova “Epos mətnlərində dil problemi”, Əfsanə Yusifli “Məhəbbət dastanlarının dil xüsusiyyətləri”, Nuranə Qarayeva “Epik janrlarda ənənəvi formullar”, Gülnar Musayeva “SMOMPK” məcmuəsinin birinci buraxılışında atalar sözlərinin rus dilinə  tərcümə problemi” mövzularında çıxışlar ediblər. Tədbirdə kafedranın professor-müəllim heyəti, magistrant və doktorantları iştirak ediblər. Elmi seminarda məruzəçilər  suallara ətraflı cavab veriblər.

Mətbuat və informasiya şöbəsi, 26 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025