Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

22/08/2025

11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil ediblər.

Bakı Dövlət Universitetində (BDU) V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında keçirilmiş seçmə imtahan əsasında müəyyən edilən 5 nəfərlik Azərbaycan komandası olimpiadada iştirak edib. Komandanın nəzəri və praktiki hazırlığı BDU-nun müəllimləri tərəfindən olimpiadaya qədər davam etdirilib və şagirdlər bu hazırlıq prosesində yüksək səviyyədə bilik və bacarıq qazanıblar.

Olimpiada nəzəri və praktiki turlardan ibarət olub. Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafat qazanıblar:

•    Oqtay Lətifli (Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, XI sinif) – bürünc medal
•    Məhəmməd Cəfərli (Bakı şəhəri Texniki Humanitar Lisey, X sinif) – bürünc medal
•    Raiq Babazadə (Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, X sinif) – həvəsləndirici mükafat
•    Aqil Güləliyev (Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, XI sinif) – həvəsləndirici mükafat.

Azərbaycan məktəbliləri artıq 5 ildir ki, bu mötəbər yarışmada iştirak edir və bu müddət ərzində 11 dəfə fəxri ada və mükafata layiq görülüblər.

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nəzəriyyə, məlumatların təhlili, teleskoplardan istifadə və digər praktiki mərhələlərdən ibarət olmaqla, dünyanın nüfuzlu elmi olimpiadaları sırasında yer alır.

BDU, Təhsil İnstitutu və Tusi-Bohm Planetariumunun dəstəyi ilə həyata keçirilən bu layihələr gələcək alimlərin formalaşmasına və ölkəmizin elmi-intellektual inkişafına mühüm töhfə verir.

Məktəblilərimizi təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib
29/04/2026

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb
29/04/2026

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək
29/04/2026