Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” beynəlxalq qrant və “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqələri elan edib

23/10/2018

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi çərçivəsində 2 alt-müsabiqənin keçirilməsi nəzərdə tutulur: 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsi (Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən birgə təşkil olunmaqla), “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi (Elmin İnkişafı Fondu tərəfindən təşkil olunmaqla). 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) müsabiqəsi çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. “Azərbaycan və Türk Dünyası”tədqiqatları qrant müsabiqəsi çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Hər iki alt-müsabiqə üzrə təqdim edilən layihənin icra müddəti 2 ildən artıq olmamalıdır.

Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri 2018-ci il noyabrın 1-dən 2019-cu il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. “AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin 2019-cu ilin 2-ci yarısında, “Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

“Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsi çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək. Layihənin icra müddəti 2 ildən artıq olmamalıdır.

Müsabiqədə iştirak etmək üçün layihələr 2018-ci il oktyabrın 22-dən dekabrın 21-i saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

Elan edilən qrant müsabiqələri haqqında ətraflı məlumat sdf.gov.az saytından əldə edilə bilər.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024