Azərbaycan torpağı Zəngəzur və ermənilərin iç üzü dünyanın gözü ilə

26/01/2021

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində şanlı qələbə qazandı. Artıq Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət yarandı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 30 ilə yaxın işğal altında olan torpaqlarımızı hərbi yolla yanaşı apardığı qətiyyətli siyasi, informasiya, iqtisadi siyasəti və nailiyyətləri nəticəsində heç bir dövlətdən kömək istəmədən erməni qəsbkarlarından azad etdi. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan əsgərinin rəşadəti və qəhrəmanlığı, xalqın Prezidentinə inamı, Ali Baş Komandanın xalqa güvəni nəticəsində Ermənistan Ordusunu döyüş meydanında 44 günə məhv edərək, 200 ildə, ermənilər görmədikləri ən ağır zərbəni ilk dəfə aldılar. Ali Baş Komandanın dəmir yumruğu son iki əsrdə ilk dəfə olaraq dünya birliyində layiqli yerlərini onlara göstərdi, kim olduqlarını anlatdı, Azərbaycan Prezidenti, Alı Baş Komandan cənab İlham Əliyev dünyanın aparıcı informasiya kanallarina müxtəlif dillərdə verdiyı 30-dan artıq müsahibəsi ilə həm də düşməni informasiya savaşında məğlub edib, ifşa etdi.

Ermənistanın Baş Naziri Paşinyan məğlub olduqlarını etiraf edərək 9 noyabr 2020-ci ildə alçaldıcı kapitulyasiya bəyanatına imza atdı. Amma Azərbaycan xalqı 30 il ərzində erməni faşistlərinin ərazilərimizdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeylər dağıdılıb, eləcə də 40.000 muzey eksponatı qanunsuz olaraq daşınıb aparılmasını və son iki əsr ərzində ona vurduğu maddi və mənəvi zərəri heç vaxt unutmayacaqdır.

Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin dediyi: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq” – bu qiymətli kəlamlarını əli qələm tutan hər bir azərbaycanlı vicdanla yerinə yetirməlidir.

Qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı yeddi rayondan ibarət olub, hal-hazırda onun dörd rayonu: Kafan, Gorus , Qarakilsə (Sisyan), Mıgri Ermənistan ərazisində, üç rayonu Zəngilan, Qubadlı, Laçın isə Azərbaycan ərazisində yerləşir. Zəngəzurun ümumi sahəsi 7 892 kv. km olub, 2020-ci il Vətən müharibəsində Zəngilan, Qubadlı, Laçın rayonları işğaldan azad olunandan sonra onun 4505,5 kv. km sahəsini əhatə edən Kafan, Gorus, Qarakilsə (Sisyan), Mıgri rayonlari 100 ildən artıqdır ki, hələ də erməni işğalı altındadir. 1920-ci ildə Zəngəzurdan qoparılıb daşnaklara verilən bu ərazi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 105,5 kv. km çoxdur.

1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 %), 91-i kürd kəndi (27,8%) və 1813 və 1828-ci illər müqavilələrindən sonra bura köçürülən yalnız 81 erməni kəndi (24,8%) təşkil olunmuşdur.

Zəngəzur adındakı “zəngi” leksik vahidi tədqiqatçılara görə türk tayfa adıdır. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olub.

Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabında Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: “Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi... Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, hətta Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi...”

Digər tədqiqatçıların fikrincə isə, Zəngəzur sözündəki ikinci leksem ərəbcə "sur" dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir – yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzurun digər bölgələri Laçın, Mığrı adlarında da türk tayfalarının izi qalıb. Mığri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə “Orxon-Yenisey” abidələrindən geridə qalmır. Nüvədi ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamını, o cümlədən Baba Hacı müqəddəs Ziyarətgahını da Babəkin adı ilə əlaqələndirilir.

Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərkibində 1918-1920-ci illərdə Zəngəzur qəzası da daxil olmaqla Şuşa, Cavanşir, Cəbrayıl qəzaları əsasında yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar. Amma faktiki olaraq o vaxt daşnak general Andranik Zəngəzuru müsəlman türk və kürdlərdən təmizləyib, orada qubernatorluq elan etmişdi. Andranik Laçında Sultan bəyə biabırçı vəziyyətdə uduzandan sonra 1922-də ABŞ-a sığınmış, 1927-ci ildə ölmüş, Kaliforniya ştatının Fresno şəhərində basdırılmış, cəsədi 1928-ci ildə Parisə, 2000-ci ildə isə erməni şovinistləri tərəfindən Yerevana gətirilmişdir.

O vaxt sovet Azərbaycanının rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycan sovet hökuməti ilə və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti arasında ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri də Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin onların xeyirlərinə həllini gözləyirdilər.

O vaxt təzə sona çatmış Birinci Dünya müharibəsindən sonra ən ağır zərbələrdən biri də Azərbaycana dəydi. Müttəfiq dövlətlər, ardınca da bolşevik Rusiyası Anadoluda itirdiklərinin əvəzini Azərbaycandan çıxaraq, Azərbaycan torpaqlarında yox yerdən Ermənistan adlı dövlət yaratdılar. 200 İldən artıq bir zamanda müstəqil dövlətçilik ənənələrini itirmiş, xanlıqlara parçalanmış, rusla farsın əlində oyun meydanına çevrilmiş binəva Azərbaycan torpaqlarının bir hissəsi bu dəfə Rusiyaya (Dağıstan Muxtar Respublikası), Ermənistana və Gürcüstana hədiyyə edildi.

Ermənilərin xalqımıza qarşı yönəlmiş soyqırımı və deportasiya siyasətinin ən qanlı səhifələrindən biri də 1919-cu ilin dekabr, 1920-ci ilin yanvarında oldu. Əfsuslar olsun ki, bu hadisələrdən bir əsrdən çox vaxt keçməyinə baxmayaraq, Azərbaycan xalqı bu qanlı faciələrin əsil mahiyyətindən, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyillər.

1920-ci il noyabrın 29-da Ermənistanda (İrəvanda) sovet hakimiyyətinin qurulduğu elan olunanda, hələ bölgələrdə daşnak hökuməti tam süqut etməmişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərar ilə həll olundu.... Qərarda Zəngəzurun Ermənistana verilməsi üçün Azərbaycanın Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə – Kürdüstan qəzasına bölmək təklif edildi. Bu birgə iclasın qəbul etdiyi “tarixi” qərara aydınlıq gətirmək üçün orada iştirak edənlərin tərkibini də bilmək maraqlı olardı: Q. Orconikidze, Sarkis (S. Ter-Danielyan), Y. Stasova, Q. Kaminski, N. Nərimanov, Ə. Qarayev, M. Hüseynov.

Ümummilli Lider Heydər Əliyev demişdir: “...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yapanıbdır”.

Tarixə nəzər saldıqda görürük ki, 18-ci əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, Çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olubdur.

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulandan sonra isə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə – qəza olmuşdur.

Daha qədim tarixə getsək görərik ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanına çevrilibdir. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişlər.

Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisyan) və Gorus bölgələrini əhatə etmişdir.

1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoymuş, 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirib, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşmışdır.

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər hesabına tutub, bu yerləri xarabazara çevirib, 10 min ailəni buradan imperiyasının şərqinə - Əfqanıstana köçürmüşlər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən salmışdır. Yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırmışlar ki, sonralar bu ad fonetik dəyişməyə uğrayaraq “əfqan”a çevilmişdir.

Zəngəzur Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1503-cü ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşmüş, I Şah Abbasın (1571-1629) Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşları zamanı müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində onun verdiyi köç fərmanına əsasən hər iki vilayətin əhalisi öz yerlərini tərk etmişlər.

Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilmiş, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olmuşdu. 1748-ci ildə Qarabağ xanlığını yaradıb, ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini – Bərgüşad, Tatev, Sisian, Qafan, Mığrini Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatmış və bu ərazilər Qaraçorlu mahalı adlandırılmışdır. Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalmışdır.

Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli Çar fərmanı əsasında Yelizavetpol (Gəncə) quberniyası yaradılmışdı. 1861-ci ildə yaradılmış Zəngəzur qəzası, Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdi. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olunmuşdu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verilmişdi. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçmüşdü. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edildi. Hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918 il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı oldu.

1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verirdi. Bu gün bunlardan heç biri mövcud deyildir. Erməni vandalları, terrorçuları tərəfindən yerlə yeksan edilmişdir. Amma indi tarixə Fateh sərkərdə kimi düşəcək Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olduqdan sonra ermənilər dünyaya səs salaraq, yalvarıb öz tarixi abidələrinin qorunmasını xahiş edirlər. Onlar yenə də başa düşmək istəmirlər ki, cəmi 200 ilə yaxın yaşadıqları Qarabağın Dağlıq hissəsində onların nə tarıxi abidələri ola bilər?... Əgər varsa belə, o da onların saxtalaşdırdığı qədim Alban məbədləridir... Ermənilər yenə də unudurlar ki, onlardan fərqli olaraq Azərbaycanlıların tarixi beş min il əvvələ gedib çıxır. Xalqının daxili xislətini yaxşı bilən öz sairləri Ovanes Tumanyanın yazdığı kimi onlar daxildən xəstədirlər: “həqiqi qurtuluş daxildən başlamalıdır, biz isə daxilən xəstəyik”.

Ermənilər yenə də bilmək istəmirlər ki, Azərbaycan tolerant xalqdır. Onlardan fərqli olaraq 30 ildə işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstündə qoymasalar belə, Azərbaycan xalqina bir trilyon 300 milyard ABŞ dollarından çox zərər vursalar da, dini abidələrimizi, məscidlərimizi təhqir edib ... heyvanlar saxlasalar da, qaçarkən dağıtsalar da, körpülərimizi partlatsalar da Azərbaycan xalqı Bakı Şəhərində hətta onların kilsələrını, kilsədə saxlanılan 5 mindən artıq kıtabı qoruyub saxlayır. Onlar işğal etdikləri torpaqlarımızdan qorxaqcasına qaçarkən ağaclarımızı kəsib, meşələrimizi, evlərimizi yandırsalar da Biz onların kilsələrini qoruyur, hətta qaz ilə isidirik. Ermənistanda bir nəfər olsa belə kənar millətin nümayəndəsinin olmamasına baxmayaraq, Azərbaycanda 30 mindən artıq erməni sərbəst gəzir, arxayın, təhlükəsiz yaşayır. Ermənilər unudurlar ki, yaxin qohumdan yaxin qonşu yaxşıdır....

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasınin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir (08. 04.2014): “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtki əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları ıdı. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsaə rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baximdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağiq”.

Həqiqətən də 1800-cü illərin əvvəllərinə qədər Zəngəzurda erməni adında nəinki bir tayfa, ailə, hətta bir adam da yaşamayıb. Bütün qeyd edilənlərdən o nəticəyə gəlmək olar ki, indiki Ermənistanda yaşayan ermənilərin sələflərinin demək olar ki, əksəriyyəti vaxtilə Cənubi Azərbaycandan və sonralar Türkiyədən, son dövrlərdə isə xarici ölkələrdən – əsasən Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan, Rumıniyadan və s. köçüb gələnlərdən ibarətdir.

Bu gün dünyaya zəhərli həşərat kimi yayılmış ermənilər qırxa yaxın böyük həcmli lirik povestlər və gərgin süjetli romanlar. detektiv əsərlərin müəllifi olan Tahir Kazımovun “Talelərini özləri yazanlar” Roman-epopeyasında yazdığı kimi “...bu millətin nə torpağı, nə də dövləti olmayıb, İrəvan xalqı da, indi Ermənistan Respublikası adlanan ərazi də hamısı Azərbaycanın ərazisi olub, XX əsrin iyirminci illərində bolşeviklər, başda Lenin, Stalin, Mikoyan olmaqla o torpaqları ermənilərə güzəşt ediblər... Onlar Hindistanın qaraçı nəslindəndirlər... yersiz, yurdsuz, yuvasız ... hər yerdə də sakit oturmayan qan – qan deyirlər....”.

Bir oxucu kimi bu misraları mən də oxuyanda, Sovet dövrü orta məktəblərdə tədris olunan 26-larin liderlərindən biri kimi təbliğ olunan, azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı Stepan Şaumyanın niyə məhz Hindistana – əcdadlarının yanına qaçdığı, ömrünü orda sona vurduğu - ermənilərin Hindistanın qaraçı nəslindən olduqlarını bir daha təsdiq edir. Yeri gəlmişkən bu dəyərli 6 kitabda ermənilərin iç üzünü,”... sən kimsən...sən oğru, fırildaqçı, casus, xəyanətkar, ümumiyyətlə ermənisən” –publisist Tahir Kazımovun dahilərin dilindən ermənilər haqqına deyilən yazdığı bəzi fikirləri də oxucuların diqqətinə çatdırmaq istəyirəm:

Sədi Şirazi deyib ki, ermənilər yer üzünün əhri məri, insanlığın düşmənidir, düşməni...

Fransız səyyahı Qraf de-Qöle yazırdı: “Erməninin yoxsulluğunu və iztirablarını görəndə qəlbimdə çox böyük mərhəmət hissi oyansa da, onlara heç vaxt qanım qaynamırdı, çünki onlarda mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır”.

V.Veliçko: “Həmişə dəyişkən sərhədləri olan, şübhəli erməni çarları hər vaxt güclü qonşu ölkələrdən asılı olub və həmişə sistematik olaraq onlara xəyanət edib. Hara ona sərfəlidir, ora onun vətənidir.”

İsveçrə şərqşünası Adam Mete yaxşı təsvir etmişdir: “Ermənilər ağ dərili qulların ən pisidir. Onlar döyənək və qorxu altında yaxşı işləyirlər”.

Bu da İtalyan alimi Tasitin dediyi kimi “...ermənilər xasiyyətcə ikiüzlü və xəyanətkardırlar” – yazdığının bir daha sübutudur.

Alman səyyahı Alfred Kyortedin erməni milləti haqqında dediyi “bir yunanın iki yəhudini, bir erməninin isə iki yunanı aldada bilməsi haqqında“ zərb məsəli bir daha onların kim olmalarının təzahürüdür.

Rusiyanın vaxtı ilə Van və Ərzurumda baş konsulu Mayevski isə “Xatirələr”ində yazırdı “... həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçirlar...”.

...erməninin dilindən “...bizlər satılmış Hind qaraçılarıyıq...Yaxın Şərqdə, kiçik Asiyaya yayılmışıq, güclülərə qul olsaq da, ərəblərlə, bizanslarla, türklərlə və bir çox dövlətin insanları ilə yola getməmişik....həmişə torpaq üstündə üsyanlar etmişik”. “Ermənilər qul mənşəli olublar” və s.

Məşhur Polyak tarixçisi və hüquqşünası Adam Mixnik “...Keçmişdə Azərbaycan torpaqlarının qoparılması ügrunda mübarizədə olduğu kimi siyasi yalan, böhtan, ikiüzlülük, yaltaqlıq, alçaqlıq və məkirə əl atan erməni şovinistləri elə indi də himayədarlarına arxalanaraq tarxin yeni mərhələsində köhnə naftalin iyi verən səbəblərdən Azərbaycana qarşı misli görünməmiş münaqişəni genşləndirmişlər”.

1795-ci ildə Moskvada, zabitlər ailəsində dünyaya gəlmiş, 1818-ci ilin iyul ayında rus missiyasının katibi kimi, 1821-ci ildə isə yenə də İranda Qafqaz generalı A. Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifələrində işləmiş, 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış etmiş, 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak etmiş, sonra isə İranda rəsmi səfir təyin edilib, elə həmin ildə Tehranda səfirlik binasında qətlə yetirilib meyiti Tiflisə aparılmış, Ermənilərin Qafqaza köçürülməsinin səbəbkarı və təşəbbüskarından biri olan A.S. Qriboyedovun rus imperatoruna məktubundan: “Əlahəzrət, ermənilərin mərkəzı rus torpaqlarında məskunlaşmasına imkan, icazə verməyin! Onlar elə tayfadirlar ki, həmin yerlərdə bir neçə 10 il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar bura bizim dədə-baba torpaqlarımızdır, deyəcəklər”.

Gevork Aslan erməni tarixçisi: “ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur” və s. Beləliklə ermənilərin xəyanətkarlığı, satqınlığı, ikiüzlülüyu, şovinistliyi, yaltaqlığı və s. insanlığa yaraşmayan məkrli siyasətləri haqqında dünya dahilərinin yüzlərlə fikirlərini söyləmək olar...

Bunları görən dünyanın həmişə olduğu kimi bəzi təşkilatları və tanınmışları ermənilərin yenə də qayıdıb Qarabağın dağlıq hissəsində yaşamaları üçün canfəşanlıq edirlər. Görəsən onları son 120 ilə, indi Ermənistan adlanan əzəli yurdumuzdan qovulan milyondan artıq soydaşımızın, o cümlədən 1988-1993-cü illərdə Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının – indi 400 mindən çox olan (Qarabağa qayıtması arzu etdikləri 40 min ermənidən 10 dəfə çox olan) azərbaycanlıların taleyi niyə maraqlandrmır?...

Biz də əzəli torpaqlarımıza, nəyin bahasına olursa olsun, qayıtmaq istəyirik.

Yaşasın qətiyyətli Ali Baş Komandan, möhtərəm Prezident!

Yaşasın rəşadətli Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Zəngəzur Azərbaycandır!

https://modern.az/az/news

İsmayıl Əliyev,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

professor,  NÜVƏDİLİ

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024