Azərbaycanda ilk dəfə urdu dilini öyrənənlər üçün rəngli və şəkilli formatda dərslik nəşr olunub

01/08/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimovun müəllifi olduğu “Urdu dili A1” dərs kitabı çapdan çıxıb.

Şərqşünaslıq fakültəsinin Pakistan üzrə regionşünaslıq ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş kitab Azərbaycan dilində rəngli və şəkilli formatda nəşr olunmuş ilk urdu dili dərsliyidir. Azərbaycanla Pakistan arasındakı diplomatik əlaqələrin 30 illiyi və BDU-nun Urdu dili şöbəsinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş kitabdan Şərqşünaslıq fakültəsinin tələbələri ilə yanaşı, urdu dilini sərbəst şəkildə və ya Azərbaycan dili ilə müqayisə edərək öyrənmək istəyənlər də istifadə edə bilər.

14 bölmədən ibarət olan dərsliyin nəşr olunmasında əsas məqsəd azərbaycanlı  oxuculara urdu dilində yazmağı, oxumağı, anlamağı və danışmağı öyrətmək, eyni zamanda onlara Pakistan xalqının mədəniyyəti, tarixi, məişəti barədə qısa mətnlər daxilində məlumat çatdırmaqdır.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026