Azərbaycanda “Ərəb dili ayı” çərçivəsindəki müsabiqələrdə iştirak etmək istəyən BDU tələbələrinin nəzərinə!

01/08/2025

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” kimi elan olunub. Bu münasibətlə ərəb dilinə maraq göstərənlər üçün bir sıra tədbir və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Ayın ilk iki həftəsində ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələri təşkil ediləcək. Bu müsabiqələrdə Azərbaycanda ərəb dili öyrənən hər kəs iştirak edə bilər. Bu, yaradıcılıq, dil bacarıqları və təqdimat qabiliyyətini nümayiş etdirmək üçün mükəmməl bir fürsətdir.

Şeir müsabiqəsi

İştirakçılar ərəb ədəbiyyatından seçilmiş şeiri maksimum 2 dəqiqədə səsləndirərək təqdim edəcəklər. Qiymətləndirmə meyarları:
* İntonasiya və emosional təsir
* Tələffüz və dil səviyyəsi
* Təqdimat və səhnə mədəniyyəti

İnşa müsabiqəsi

İştirakçılar təqdim olunacaq mövzular əsasında 250–300 söz arasında ərəb dilində inşa yazmalıdırlar. Qiymətləndirmə meyarları:
* Dil qaydalarına riayət
* Məntiqi quruluş və məzmun
* Fikirlərin ardıcıllığı və axıcılığı

Qiraət müsabiqəsi

İştirakçılar ərəb dilində qısa, ibrətamiz və mənalı bir hekayəni səsləndirəcəklər. Qiymətləndirmə meyarları:
* Qiraət bacarığı və dinləyici ilə əlaqə
* Hekayənin məzmunu və aktuallığı
* Əxlaqi və mənəvi mesaj

Müsabiqə tarixləri:

12 avqust 2025 (Şeir müsabiqəsi)
13 avqust 2025 (Qiraət və inşa müsabiqələri)

Məkan: Bakı Avrasiya Universiteti

Son qeydiyyat tarixi: 9 avqust 2025

Mükafatlandırma mərasimi: 18 avqust 2025, Bakı Dövlət Universiteti

Qaliblər sertifikat və dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyat formasını doldurmaq xahiş olunur:

https://forms.gle/LQn5w1SnodLoLXGu7

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026