Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənmə prosesinə start verildi

21/05/2012

Bu gün Koreya Milli İnformasiya İnformasiya Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin  Cənubi Koreya olduğuna diqqət çəkib, ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsindən məmnunluq ifadə edib. Eyni zamanda rektor BDU haqqında məlumat verib, beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. Rektor universitetdə tədris olunan Koreya dili və ədəbiyyatından söz açıb, hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduqlarını bildirib.

Qəbul üçün rektora təşəkkür edən Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hongun çıxışından məlum olub ki, səfərdə məqsəd 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya məlumat mərkəzinin monitorinqini aparmaq olub. Onlar mərkəzlə tanış olub və müəyyən yenilənmə işlərinin aparılması qərarına gəliblər. Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, video-konfrans və virtual universitetin yaradılması daxildir. Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.

Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənmə prosesindən sonra açılışı  avqust ayına nəzərdə tutulur. Təxminən 100 min dollara başa gələcək təchizat işləri əvəzsiz olaraq (BDU heç bir vəsait ödəməyəcək) həyata keçiriləcək.

 

Mətbuat və informasiya şöbəsi, 21 may 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024