Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

04/05/2020

Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin müəllifi olduğu “Characterizations for the fractional maximal operator and its commutators in generalized weighted Morrey spaces on Carnot groups” ("Karnot qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun kommutatorunun xarakterizasiyası") adlı məqaləsi “Analysis and Mathematical Physics” beynəlxalq jurnalında dərc olunub.

Q1 kateqoriyalı “Analysis and Mathematical Physics” jurnalının impakt faktoru 1.792-dir. (Journal Citation Reports®, Clarivate Analytics 2019)

Məqalədə Karnot qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operatorunun Spanne tip güclü və zəif məhdudluğunun xarakterizasiyası verilib. Həmçinin ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operatorun kommutatorunun Spanne tip məhdudluğunun xarakterizasiyası göstərilib.

Məqaləni oxumaq üçün uyğun olaraq linkə keçid edə bilərsiniz:

https://link.springer.com/article/10.1007/s13324-020-00360-9

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026