Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov BDU-nun Şərqşünaslıq fakültəsində

26/01/2023

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin qonağı olub. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağa son illər fakültədə həyata keçirilən müsbət dəyişikliklər və kadr hazırlığı barədə məlumat verib, ərəb ölkələri ilə əlaqələrin yaradılmasının zərurətini vurğulayıb. Bu aspektdə Misir Ərəb Respublikası ilə olmuş təmaslar xatırlanıb. Səfir Elxan Poluxov Azərbaycanla Misir arasında əməkdaşlıqda təhsil əlaqələrinin əhəmiyyətindən danışıb.

Görüşdə Şərqşünaslıq fakültəsi ilə Misir universitetləri arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminar, ustad dərslərinin təşkili, xüsusilə də ərəb dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026