«Azərbaycan-Türkiyə Enerji razılaşmalarının Avropanın enerji təhlükəsizliyi və bölgənin geosiyası vəziyyətinə təsiri»

13/04/2012

Aprelin 13-də BDU-nun və Türk Dünyası Öyrənci Dərnəyi Azərbaycan Təmsilçiliyinin Təşkilatçılığı ilə universitetdə «Azərbaycan-Türkiyə Enerji razılaşmalarının Avropanın enerji təhlükəsizliyi və bölgənin geosiyası vəziyyətinə təsiri» mövzusunda tədbir keçirilib.

Gənclərin də qatıldığı bu tədbirdə BDU-nun Beynəlxalq əlaqələr və iqtisadiyyat  fakültəsinin müəllimi Bəxtiyar Aslanbəyli Türkiyə və Azərbaycan arasında bağlanmış enerji müqavilələrinin əhəmiyyətindən, Prezident yanında İdarəçilik Akademiyası Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət şöbəsinin müdiri, Qafqaz Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin dekanı Rövşən İbrahimov Türkiyə və Azərbaycan arasındakı enerji müqavilələrinin tarixindən, Türkdilli Ölkələr Parlament Assambleyasının baş katibi Ramil Həsənov bölgənin geosiyası durumundan bəhs ediblər.

Sonda gənclərin çoxsaylı sualları cavablandırıdıb.

Mətbuat və Informasiya şöbəsi, 13 aprel 2012-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026