AZƏRTAC-ın baş buraxılış redaktoru Pərvin Abbasov BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

17/05/2024

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib. Əvvəlcə fakültə dekanı Vüqar Əliyev AZƏRTAC-ın fəaliyyəti barədə danışıb, Azərbaycan Dövlət İnformasiya Agentliyinin jurnalistlər üçün böyük məktəb olduğunu deyib. Dekan qonaq barədə tələbələrə məlumat verib, jurnalistikanın nəzəri əsaslarının öyrənilməsi ilə yanaşı, praktik cəhətdən təcrübəli jurnalistlərlə birbaşa ünsiyyətin əhəmiyyətindən bəhs edib. O, Pərvin Abbasovun ölkənin ən tanınmış informasiya agentliklərində çalışdığını, xəbər, reportaj və araşdırma janrları üzrə ixtisaslaşdığını vurğulayıb.

Pərvin Abbasov gənc jurnalistlərlə görüş imkanından məmnunluğunu bildirərək, media sahəsində karyerasından danışıb. O, təlim zamanı tələbələrə xəbərin hazırlanma, press-relizlərlərlə işləmək qaydaları, mənbələrin seçilməsi və qorunması, saxta xəbərlə mübarizə üsulları barədə məlumat verib. Jurnalistikada müəlliflik hüququnun qorunmasının zəruriliyini xüsusi vurğulayan Pərvin Abbasov həmçinin medianın etik və hüquqi aspektlərindən danışıb, konkret praktik nümunələrlə sadaladığı tezisləri əsaslandırıb.

İnteraktiv formada keçən görüşdə tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025