Bakı Dövlət Universiteti 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

04/09/2020

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti 2020-ci il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq edilmiş plana əsasən aşağıdakı ixtisaslara doktorant və dissertant qəbulu elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər BDU-nun Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır:

-   BDU-nun rektorunun adına ərizə;

-   kadrların şəxsi-qeydiyyat vərəqi;

-   tərcümeyi-hal;

-   4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-   iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-   xasiyyətnamə;

-  çap olunmuş elmi işlərin siyahısı (təsdiqlənmiş qaydada) və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur);

-   ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

-   şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər BDU-nun Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır:

-     BDU-nun rektorunun adına ərizə;

-     kadrların şəxsi-qeydiyyat vərəqi;

-     tərcümeyi-hal;

-     2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-     iş yerindən xasiyyətnamə;

-     əmək kitabçasından çıxarış;

-     müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

-     fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-    ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

-     şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədlər BDU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etməlidirlər:

-     BDU-nun rektorunun adına ərizə;

-     kadrların şəxsi-qeydiyyat vərəqi;

-     tərcümeyi-hal;

-     2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-     iş yerindən xasiyyətnamə;

-     əmək kitabçasından çıxarış;

-     çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur)

-    ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-     şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədlər BDU-nun Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır:

-   BDU-nun rektorunun adına ərizə;

-   kadrların şəxsi-qeydiyyat vərəqi;

-   tərcümeyi-hal;

-   2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-   iş yerindən xasiyyətnamə;

-   əmək kitabçasından çıxarış;

-   müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

-   fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

-   şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Doktoranturaya (dissertanturaya) sənədlərin qəbulu 2020-ci il sentyabrın 3-dən 25-nədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) BDU-nun əsas binasında, magistratura və doktorantura şöbəsində (otaq №237) aparılacaqdır. Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun magistratura və doktorantura şöbəsindən və rəsmi internet səhifəsindən (www.bsu.edu.az) əldə etmək olar.

Ünvan: Bakı, Zahid Xəlilov küçəsi 23, BDU-nun əsas binası, magistratura və doktorantura şöbəsi.

Telefon- +99412 539-06-71

http://xalqqazeti.com/az/news/55569

Xəbərlər

BDU Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb

BDU  Qazax Milli Universiteti ilə ikili diplom proqramı üzrə müqavilə imzalayıb
21/09/2020

Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb?

Kitabxanaçılıq-informasiya fakültəsi yeni tədris ilinə necə hazırlaşıb?
21/09/2020

BDU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

BDU-nun müəllimi beynəlxalq konfransda iştirak edib
21/09/2020