Bakı Dövlət Universiteti 2017/2018-ci tədris ilində aşağidaki ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazirlanma təhsili almaq üçün qəbul elan edir

24/05/2017

Coğrafiya müəllimliyi
Turizm və otelçilik
Kimya müəllimliyi
Biologiya müəllimliyi
Fizika müəllimliyi
Riyaziyyat müəllimliyi
İqtisadiyyat
İnformatika müəllimliyi
Tarix müəllimliyi
Beynəlxalq münasibətlər

Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Rus dili və ədəbiyyatı müəllimliyi
Psixologiya
Sosial iş

 

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat,idarə və ayrı ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin  baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-          Rektorun adına ərizə;

-         Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

-         3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

-         Sağlamlıq  haqqında arayış

-         Şəxsiyyət vəsiqəsinin surəti;

-         Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi;

Sənədlər 2017-ci ilin may ayının 25-dən (istirahət günlərindən başqa) iyul ayının 7-dək  saat 10:00-17:00-dək BDU-nun əsas binasında (otaq 247) qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

 

Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23

Telefon: (012) 539-06-86

REKTORLUQ

 

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024