Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

19/09/2020

Sentyabrın 18-də Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin dəstəyi, Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (AMOR) arasında universitetlərarası onlayn konfrans keçirilib. Konfransda BDU-nun fəal gəncləri, TGT və THİK-nin fəalları və AMOR Gənclər Təşkilatının üzvləri iştirak edib. Konfransda Azərbaycan həqiqətlərinin gənclərin vasitəsilə beynəlxaq ictimaiyyətin diqqətinə çatdırılması, tələbə təşkilatarı arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, müştərək layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.

Konfransda həmçinin qeyd olunub ki, Azərbaycan gəncliyi bu gün milli mədəniyyətimizi, tarixi ənənələrimizi, Azərbaycanın adətlərini layiqincə təmsil edir, xalqımızın zəngin tarixi irsinə məhəbbətlə yanaşır, o cümlədən AMOR rəhbərliyinin hər iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Sonda bu cür müzakirələrin gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi diqqətə alınıb.

Xəbərlər

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq
03/07/2026

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
03/07/2026

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır
03/07/2026