Bakı Dövlət Universiteti “Gənclərin dostu” oldu

31/01/2011

"Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı 2010-cu ilin yekunlarına  görə “Gənclərin dostu” nominasiyasının qaliblərini müəyyənləşdirib. Qeyd edək ki, nominasiyalar elm və təhsil sahəsində xidmət, mədəniyyət və incəsənət sahəsində fəaliyyət, gənclərin işlə təmin olunmasında göstərdiyi dəstək, idman sahəsində fəaliyyət, gənclərin layihələrinin reallaşmasında dəstək, vətənpəvərlik ruhunun və milli mənəvi dəyərlərin aşılanması, gənclərin intellektual səviyyəsinin artırılması, gənclərin xaricdə təhsil proqramlarında iştirakı, ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması və başqa istiqamətlər üzrə seçilib.

Bakı Dövlət Universiteti də qaliblər sırasında olub. Universitet elm və təhsil sahəsində xidmət nominasiyası üzrə “Gənclərin dostu” Milli Mükafatına layiq görülüb.

 

Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026