Bakı Dövlət Universiteti ilə İspaniyanın Kral Xuan Karlos Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

08/11/2017

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun İspaniyaya işgüzar səfəri çərçivəsində noyabrın 7-də Madridin Kral Xuan Karlos Universiteti ilə BDU arasında Akademik Anlaşma Memorandumu imzalanıb. Sənədi qarşı tərəfdən sözügedən universitetin rektoru Xavier Ramos imzalayıb.

Anlaşma Memorandumu özündə bütün fənlər üzrə innovativ istiqamətlərdə qarşılıqlı əməkdaşlığı ehtiva edir.

İmzalanmadan sonra keçirilən söhbət zamanı hər iki universitet barədə məlumatlar verilib.

BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı Azərbaycanda fəaliyyətə başlamış ilk ali məktəbdir və burada 4000 əməkdaş çalışır, 22 min tələbə təhsil alır. Həmçinin universitetin nəzdində iki elmi tədqiqat institutu fəaliyyət göstərir. 2019-cu ildə BDU-nun 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq səviyyədə qeyd olunacaq. Bu ərəfədə xarici universitetlərlə, əsasən də Avropa universitetləri ilə bu cür əlaqələrin qurulması vacibdir.

Kral Xuan Karlos Universitetinin rektoru Xavier Ramos bildirib ki, bu ali məktəb 21 ildir fəaliyyət göstərir. Buna baxmayaraq tələbələrin səviyyəsi və əldə olunmuş nailiyyətlər baxımından İspaniya və Avropa üzrə öncül yerlərdədir. Universitetin nəzdində tibb fakültəsi də var ki, buraya ildə 150 tələbə qəbul olur. Tələbələr 6 il universitetdə təhsil aldıqdan sonra müxtəlif xəstəxanalarda təcrübələr keçirlər.

Görüşün sonunda rektor Abel Məhərrəmov ispaniyalı həmkarını Azərbaycana dəvət edib.

Daha sonra rektorlar qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər. Abel Məhərrəmov həmkarına BDU-nun simvolu olan lövhə hədiyyə edib.

Görüşdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.

AZƏRTAC

Xəbərlər

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
22/09/2023

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək
22/09/2023

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
22/09/2023