Bakı Dövlət Universiteti ilə Türkiyənin Ondoqquz May Universiteti arasında Anlaşma Memorandumu imzalandı

23/04/2011

İmzalanma mərasimindən əvvəl çıxış edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin Türkiyənin bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini və bu əməkdaşlığın səmərəli nəticələr verdiyini qeyd edib. Akademik Abel Məhərrəmov əmin olduğunu bildirib ki, Ondoqquz May Universiteti ilə imzalanmış bu memorandum əməkdaşlığın inkişafı istiqamətində çox böyük nəticələr verəcək.

Ondoqquz May Universitetinin rektoru, professor, doktor Hüseyin Akan da öz növbəsində memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib.

İmzalanan Anlaşma Memorandumuna əsasən əməkdaşlıq aşağıda qeyd olunan sahələri əhatə edir:

  • Tədqiqatçı, tələbə, magistr, və doktorantların mübadiləsi;
  • Müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım;
  • Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi;
  • İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili;
  • Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı;
  • Magistratura və doktorantura pillələri üzrə ikili diplom proqramlarının hazırlanması və tətbiqi

Qeyd edək ki, imzalanma mərasimində BDU-nun professor-müəllim heyəti, o cümlədən Ondoqquz May Universitetinin prorektoru və Yüksək Öyrətim Kurulunun üzvü Sait Bilgiç, Tibb fakültəsinin dekanı Haydar Şahinoğlu, Diş Həkimliyi fakültəsinin dekanı Selim Arıcı da iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 23 aprel 2011-ci il.

(Material TREND, APA, SİA, Azad İnform., AzərTac, Modern.az, SalamNews.org, Anspress.com, AZE.az, Azernews.az, news.bcm.ru informasiya agentliklərində və xəbər portallarında da yayımlanıb 23 aprel 2011-ci il)

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026