Bakı Dövlət Universiteti THİK tələbələr üçün “Zamanın idarə olunması” adlı psixoloji seminar keçirib
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması istiqamətində həyata keçirdiyi bir sıra tədbirlər artıq hər kəsə məlumdur. Bu tədbirlər silsiləsinə Komitənin oktyabrın 28-də təşkil etdiyi “Zamanın idarə olunması” adlı psixoloji seminar da əlavə olunub. Seminarı giriş sözü ile açan Bakı Dövlət Univesiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bu seminarın universitet tələbələri üçün nə qədər əhəmiyyətli və səmərəli ola biləcəyini, eyni zamanda artıq iki ildir Tələbə Həmkarlar İttifaqı Komitəsinin həyata keçirdiyi, ənənə halını almış bu kimi seminarların tələbələr arasında çox böyük maraqla qarşılandığını qeyd edib. Bununla yanaşı, D. Qənbərov bu günkü seminardan və eləcə də Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələrin asudə vaxtlarının səmərəli teşkil olunması məqsədi ilə həyata keçirdiyi digər lahiyələr haqqında bir daha ümumi məlumat verərək tələbələrin bu kimi tədbirlərdə yaxından iştirak etmələrinin vacibliyini xüsusilə vurğulanıb. Daha sona isə Daşqın Qənbərov seminarı aparmaq üçün sözü tanınmış psixoloq, “psixologiya və konsultasiya mərkəzi”nin rəhbəri Elnur Rüstəmova verib. Elnur Rüstəmovun apardığı saat yarımlıq seminar zamanı iştirakçılar olduqca dəyərli məlumatlar əldə ediblər. Bununla yanaşı, seminar iştirakçıları mövzuya aid və mövzudan kənar bir çox suallara da cavab tapa bildiriblər.
Mətbuat və İnformasiya şöbəsi, 30 oktyabr 2011-ci il.