Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi möhtəşəm “Bahar şənliyi” şou gecəsini keçirib

28/03/2013

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması ve Novruz bayramı münasibəti ilə bədii əyləncəli gecə keçirib. Gecə 200 nəfərdən çox tələbənin iştirakı ilə BDU-nun 1 saylı yeməkxanasında baş tutub. Gecəni giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov ilk öncə hər kəsin bayramını təbrik edib və bu xoş gündə BDU tələbələrinin bir arada olub əylənməsindən böyük sevinc və məmnunluq hissi keçirdiyini bildirib. D.Qənbərov bu kimi gecələrin ənənəvi olaraq hər il keçirildiyini və bundan sonrada keçiriləcəyini qeyd edib.  D.Qənbərov çıxışını yekunlaşdırdıqdan sonra möhtəşəm şou proqrama start verilib. Şou proqram çərçivəsində ölkənin tanınmış bir çox müğənniləri və eləcə də illyuziya  şou təqdim olunub.

Mətbuat və İnformasiya şöbəsi, 28 mart 2013-cü il

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024