Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Yaxşıların Yaxşısı” Fəxri adı təltif olundu.

21/12/2010

Dekabrın 21-də “Land Mark” Biznes Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2010-cu ilin uğurlu keçdiyini bildirib. O, həm gənclər sahəsində, həm də idman yarışlarında çoxsaylı uğur və nailiyyətlərin əldə edildiyini bildirib. Azad Rəhimov həmçinin qeyd edib ki, 2010-cu il ərzində 100 mindən çox gənc mədəni-kütləvi tədbirlərdə iştirak edib. O, bu il ərzində 200 gənclər təşkilatının qeydiyyatdan keçdiyini də vurğulayıb. A.Rəhimovun sözlərinə görə başa çatmaqda olan il ərzində gənclər təşkilatlarının həyata keçirdiyi 40-dan çox layihəyə 1 milyon manatdan artıq vəsait ayrılıb. Nazir bildirib ki, hazırda ölkə ərazisində 28 olimpiya kompleksi fəaliyyət göstərir və növbəti ildə onların sırasına daha 6 kompleks əlavə olunacaq. Tədbirin sonunda gənclər və idman sahəsində göstərdikləri xidmətlərə və oynadıqları rola görə bir sıra qurumlar və şəxslər mükafatlandırılıb. Mükafat alan şəxslərdən biri də Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov  oldu. Daşqın Qənbərov “Dövlət Gənclər Siyasətinin həyata keçrilməsindəki səmərəli fəaliyyətinə” görə “YAXŞILARIN YAXŞISI” fəxri adı ilə təltif olndu.

 

Mətbuat və informasiya şöbəsi

 

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026