Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi yenə birinci oldu

24/01/2013

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi respublikamızda mövcud olan Həmkarlar İttifaqı Komitələri və ilk təşkilatları içərisindən aktiv və yüksək keyfiyyətli  fəaliyyəti ilə seçilən ən yaxşı təşkilatları müəyyən etmək məqsədi ilə keçirdiyi “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” adlı müsabiqənin nəticələrini elan edib. Sözü gedən müsabiqə iki turdan ibarət olub, altı aydan artıq müddət ərzində davam edib.

Mükafatlandırma mərasimində giriş sözü ilə çıxış edən komitə sədri, millət vəkili Səttar Mehbalıyev müabiqənin əhəmiyyətindən, seçim qaydalarından danışıb, müəsisə və təşkilatlara ümumi lazımı məsləhətlər verib.

Müsabiqədə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsini universitetdaxili birinci turun qalibi olmuş jurnalistika fakültəsinin Tələbə Həmkarlar Təşkilatı təmsil edib. Uzun sürən seçimlərdən sonra  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi jurnalistika fakültəsinin Tələbə Həmkarlar Təşkilatı ilk təşkilatlar içərisindən aktiv və yüksək keyfiyyətli fəaliyyəti ilə fərqləndiyinə, uğurlu nəticələri ilə digərlərindən daha öndə olmağı bacardığına görə Respublika Tələbə Həmkarlar Təşkilatları arasında birinci yerə layiq görülüb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev kütləvi-informasiya vasitələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovu və jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Baba Əliyevi təbrik edərək, “Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” diplomu və qiymətli hədiyələrlə təltif edib.

Mətbuat və İnformasiya şöbəsi, 24 yanvar 2013-cü il.

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
13/11/2025