Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi öz xeyirxah missiyasını davam etdirir

29/11/2011

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi hər zamankı  kimi öz xeyirxah mövqeyinə sadiq qalaraq “Uşaqlar gələcəyimizdir” adlı möhtəşəm xeyriyyə konserti keçirib. Universitet kollektivi tərəfindən çox yüksək fəallıqla qarşılanan xeyriyə konsertini açıq elan edən tədbirin əsas təşkilatçısı Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov sözügedən tədbirin əhəmiyyətindən danışaraq bu tədbirin sadəcə tələbələrin asudə vaxtının təşkil edilməsi məqsədli deyil, eyni zamanda, tələbə gənclərdə humanizm duyğularının inkişaf etdirilməsi, onlarda xeyirxahlıq ənənələrinin formalaşdırılması və bütün bunların nəticəsi olaraq bu və ya digər mənada ehtiyacı olan uşaqlara yardım etmək olduğunu qeyd edib. Daşqın Qənbərov bildirib ki, - “Xeyriyyəçilik bizim milli mentalitetimizdən qaynaqlanan və bizə ulu babalarımızdan yadigar qalan ən mütərəqqi bir əməldir.” Daşqın müəllimin fikirlərinə öz alqışları ilə dəstək verən tələbələr konserti çox yüksək maraqla izləmişlər. Konsertdə respublikamızın tanınmış incəsənət ustaları maraqlı musiqi nömrələri ilə çıxış etmişlər.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026