Bakı Dövlət Universiteti Türkiyənin Qafqaz və Ardahan universitetləri ilə memorandum imzalayıb

26/01/2012

Bu gün Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor, doktor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor, doktor Sami Özcan və Bakı Qafqaz Universitetinin rektoru, professor, doktor Əhməd Saniç Bakı Dövlət Universitetində olublar.
Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında ətraflı məlumat verib. Tanınmış alimlərin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açan rektor, BDU-nun Türkiyənin bir çox ali məktəbi ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. BDU-nun Qars Qafqaz və Ardahan Universitetləri  ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Abel Məhərrəmov, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasında  böyük zəmin yaratdığını deyib.  
Ardahan Universitetinin rektoru Ramazan Korkmaz, öz növbəsində, rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verərək Birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında danışıb. Məlum olub ki, Mövlana proqramı, eynilə Avropadakı Erasmus Mundus proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir. Bu layihə çərçivəsində  Qafqaz Universitetləri Birliyi ilə Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlığının yaranacağını ümid edən Ramazan Korkmaz artıq 24 universitetin üzv olduğu bu Birliyin I-ci Gənclik Qurultayının Naxçıvan Dövlət Universitetində keçirildiyini qeyd edib.  
Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən Memorandumu imzalanıb.
Qeyd edək ki, Qars Qafqaz və Ardahan Universitetləri Türkiyənin gənc, lakin dinamik şəkildə inkişaf edən universitetləridir. Qars Qafqaz Universiteti 1992-ci ildə təsis edilib. Hazırda 6 fakültə (İqtisadiyyat və idarəetmə, pedaqogika, tibb, mühəndislik və memarlıq, ədəbiyyat, baytarlıq fakültələri), 3 kollec (yüksək okul), 5 peşə məktəbi, 1 dövlət konservatoriyası, 10 araşdırma mərkəzləri fəaliyyət göstərir. Hal-hazırda Universitetdə 12500 tələbə təhsil alır.
2008-ci ildə təsis edilmiş Ardahan Universitetində İqtisadiyyat və idarəetmə, İnsan və Ədəbiyyat, Mühəndislik fakültələri fəaliyyət göstərir. Hazırda Universitetdə 10 000-dən çox tələbə təhsil alır.

Mətbuat və İnformasiya şöbəsi, 26 yanvar 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024