Bakı Dövlət Universiteti və “Huawei” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

30/09/2025

Bakı Dövlət Universiteti (BDU) rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “Huawei Technologies Co, LTD” şirkətinin rəsmi dəvəti ilə Çində rəsmi səfərdədir. Azərbaycanın bir sıra universitetlərinin də təmsil olunduğu səfər çərçivəsində yüksək texnologiyalar, süni intellekt və ali təhsildə innovasiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Nümayəndə heyəti dünyada texnologiyalar şəhəri kimi tanınan Shenzhen-də “Huawei” Korporativ Biznes Sərgi Zalı”nı və “5G və Süni İntellekt Sərgi Zalı”nı ziyarət edib, şirkətin təqdim etdiyi qabaqcıl texnologiyalarla tanış olub. Ziyarət zamanı süni intellekt, 5G və 5G-A, bulud texnologiyaları və smart şəhər həlləri sahəsində şirkətin tətbiqləri barədə ətraflı məlumat verilib, yüksək texnologiyaların, süni intellektin təhsil və tədqiqat sahələrində tətbiqi imkanları nümayiş etdirilib.

“Huawei”in korporativ kommunikasiyalar üzrə vitse-prezidenti David Wang, Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Angela Lin və şirkət əməkdaşların da iştirak etdiyi və baş ofisdə keçirilən rəsmi görüşdə “Artificial İntelligence”və “İntelligent Education” tətbiqləri, ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib, texnologiya, təhsil və elm sahələrində gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ali təhsil müəssisələri ilə tərəfdaşlıq imkanları, tələbələrin tədris və təcrübə proqramları, birgə layihələr və innovativ laboratoriyaların yaradılması üzrə konkret addımlar müəyyən edilib.

Səfər çərçivəsində BDU və “Huawei” şirkəti arasında memorandum (MOU) imzalanıb. Əməkdaşlıq çərçivəsində Universitetin tələbələri və tədqiqatçıları üçün texnologiya və innovasiya sahəsində təlim və təcrübə proqramlarının həyata keçirilməsi, BDU-nun müvafiq fakültələrində süni intellekt və informasiya-kommunikasiya texnologiyaları üzrə birgə tədqiqatların aparılması, smart texnologiyalar və 5G infrastrukturu sahəsində tədris və laboratoriya imkanlarının genişləndirilməsi, həmçinin gələcəkdə birgə innovasiya mərkəzlərinin yaradılması və startap ekosisteminin dəstəklənməsi nəzərdə tutulur.

Səfər çərçivəsində nümayəndə heyəti Çinin Dongguan şəhərində yerləşən “Huawei” Tədqiqat və İnkişaf Kampusunda, Dongguan Texnologiya Universitetində və Qlobal Kibertəhlükəsizlik Transparant Mərkəzində də görüşlər keçirib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025