Bakı Dövlət Universiteti “Yubiley loqosu” müsabiqəsi elan edir

28/02/2019

2019-cu ildə Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur.

Bu münasibətlə BDU “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.

Loqonun eskizi press-service@bsu.edu.az elektron ünvanına “Yubiley loqosu” yazılmaqla göndərilməlidir.

Qaliblər, həmçinin müsabiqədə fərqlənən digər müəlliflər də mükafatlandırılacaq, universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə nümayiş etdiriləcəkdir.

 

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2019-cu il.

Xəbərlər

BDU-nun professoru Sabit Məmmədov vəfat edib

BDU-nun professoru Sabit Məmmədov vəfat edib
09/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026