Bakı Dövlət Universiteti öz "İSTEDADLAR"ını seçib

30/11/2018

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.20.  bəndinin - istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması -  tələbinə uyğun olaraq istedadlı, yaradıcı gənclərin aşakara çıxarılması və onların diqqətdə saxlanılması məqsədi ilə “Sən İstedadsan” adlı yarış – müsabiqə təşkil olunub. Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov respublikamızda həyata keçrilən dövlət gənclər siyasətindən geniş bəhs edib, gənclər proqramları, respublikada gənclərə yaradılan şərait haqqında ətraflı məlumat verib.

Kimya fakültəsi III kurs tələbəsi, layihə rəhbəri Xəyalə Hüseynzadə çıxış edərək müsabiqənin əsasnaməsi, seçim turları haqqında məlumat verib. Bildirib ki, 500 nəfərdən artıq tələbənin qeydiyyatdan keçdiyi yarışmada iştirakçılar 5 nominasiya – bədi qiraət, rəsm, müsiqi, rəqs, aktyorluq - uğrunda mübarizə aparıblar.

Tədbirdə qonaq qismində respublikanın məşhur incəsənət nümayəndələri  münsif qismində iştirak ediblər.

Tədbir tələbə - gənclərin maraqlı şou – performansları ilə yadda qalıb.

Qaliblər BDU THKİ tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2018-ci il.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026