Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib

06/11/2025

2025-ci il 6 noyabr tarixində Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbiri çərçivəsində Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib. Bu nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi ali təhsil müəssisələrinin fəaliyyətini çoxsaylı meyarlar üzrə - tədrisin keyfiyyəti, məzunların məşğulluq imkanları, beynəlmiləlləşdirmə, tədqiqat və akademik inkişaf, eləcə də infrastruktur və sosial məsuliyyət sahələrində qiymətləndirir.

“QS 5 Stars” qiymətləndirilməsi Universitetin demək olar ki, bütün əsas sahələrdə yüksək səviyyədə fəaliyyət göstərdiyini göstərir. Belə ki, bu qiymətləndirmə yüksək səviyyəli tədris, qabaqcıl elmi tədqiqatlar, güclü beynəlxalq əməkdaşlıq, müasir tədris infrastrukturu və tələbə yönümlü yanaşmanın mövcudluğunu təsdiq edir.

 

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026