Bakı Dövlət Universitetində “Clarivate Günləri”

07/10/2026

Bakı Dövlət Universitetində (BDU) alim və tədqiqatçıların beynəlxalq elmi bazaların imkanlarından səmərəli istifadəsinə həsr olunan “Clarivate Günləri” təlimi keçirilib. Tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Clarivate” şirkəti və BDU-nun birgə təşəbbüsü ilə təşkil edilib.

Təlimdə “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva və müştəri məmnuniyyəti üzrə menecer Handan İliç təqdimatlarla çıxış ediblər. Görüşdə “Web of Science”, “ProQuest Central” və “Web of Science Research Intelligence” platformalarının funksional imkanları, effektiv elmi axtarış, bibliometrik təhlil və tədqiqatların planlaşdırılması məsələləri ətraflı izah olunub.

Həmçinin iştirakçılara bu platformalardan praktiki istifadə qaydaları göstərilib, süni intellekt əsaslı müasir həllərin elmi-tədqiqat prosesinə inteqrasiyası və səmərəliliyin artırılmasındakı rolu barədə məlumat verilib.

Tədbirin əsas məqsədi BDU-nun akademik heyətinin beynəlxalq resurslardan istifadə bacarıqlarını inkişaf etdirmək, elmi tədqiqatların keyfiyyətini yüksəltmək və universitetin elmi nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına dəstək olmaqdır.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026