Bakı Dövlət Universitetində ERASMUS MUNDUS layihəsi çərçivəsində məlumat günü keçirilib

14/12/2012

Bu gün Bakı Dövlət Universitetində ERASMUS MUNDUS məlumat günü keçirilib. BDU artıq ikinci ildir ki, Erasmus Mundus layihəsinə qoşulub və hazırda universitet 4 layihədə partnyor olaraq iştirak edir: ALRAKİS (koordinator Corc Avqust Göttinqen Universiteti, Almaniya), ELECTRA (koordinator Oldenburq Universiteti, Almaniya), ALRAKİS II (koordinator Corc Avqust Göttinqen Universiteti, Almaniya), EUROEAST (koordinator Torino Universiteti, İtaliya). Görüşdə ALRAKİS, ALRAKİS II və ELECTRA layihələrinin regional koordinatoru olan İlia Dövlət Universitetinin (Gürcüstan) Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nino Dvalidze Bakı Dövlət Universitetinin qoşulduğu ELECTRA və ALRAKİS II layihələr haqqında tələbələrə ətraflı məlumat verib. Layihə çərçivəsində BDU-nun tələbələri Avropanın qabaqcıl universitetlərində təhsillərini bakalavr, magistratura, doktorantura pillələri üzrə davam etdirmək imkanını əldə edəcəklər. Bundan əlavə, universitetin müəllimləri də layihədə iştirak edə bilər və Avropa universitetlərində staj keçə bilərlər. Qeyd olunan müddət ərzində BDU-nun bir əməkdaşı, iki tələbəsi Almaniyanın Corc Avqust Göttinqen Universitetinə layihə ilə keçib, Avropa universitetlərindən iki tələbə 2013-cü ildə BDU-ya təhsillərini davam etdirməyə gələcəklər.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2012.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026