Bakı Dövlət Universitetində məzunların görüşü keçirilib

06/12/2018

Bakı Dövlət Universiteti Tarix fakültəsinin 1998-ci il məzunlarının görüşü keçirilib.

Ali məktəbi başa vurmalarının 20 illiyinə təsadüf edən görüşdə məzunlar öncə doğma universitetlə tanış olublar. Vaxtilə dərs keçdikləri auditoriyalarda toplaşan məzunlar öz xatirələrini bölüşüb, bu illər ərzində qazandıqları uğurlardan danışıblar.

Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun yaradılmasının 100 illik yubileyləri ərəfəsində keçirilən görüşün olduqca əlamətdar tarixi məqama təsadüf etdiyi vurğulanıb, doğma universitetdə olmaqdan məmnunluq ifadə olunub.

Məzunlar, həmçinin yaradılmış şəraitə görə görüşün təşkilatçılarına və BDU rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra Tarix fakültəsinin dekan müavini, tarix elmləri doktoru, professor Əmrah Dadaşov məzunlara son illər ərzində BDU-nun həyatında baş verən yeniliklər və tədris ocağının keçdiyi inkişaf yolu barədə məlumat verib. Tarix fakültəsinin fəaliyyəti və uğurları barədə danışan dekan müavini ənənlərin qarunub saxlandığını və tələbələrə yaxşı təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını söyləyib.

Daha sonra məzunlar dünyasını dəyişmiş müəllimlərin və tələbə yoldaşlarının xatirəsini yad edib, onlar haqqında xatirələrini bölüşüblər.

Səmimi mühitdə keçən görüşdə qərara alınıb ki, belə görüşlər vaxtaşırı keçirilsin və qarşılıqlı əlaqələr genişləndirilsin.

 

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2018-ci il.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026